featured-image-25491

Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Şamaxı” oyunundan (2:0) sonra qonaqların baş məşqçisi Vüqar Əsgərli fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, ilk hissədə zəif oynadıqlarını deyib:

“Çempionatın sonuna yaxınlaşdıqca həyəcan getdikcə artır. Hər qazanılan xal elitada qalmaq üçün müsbət bir addımdır. Birinci hissədəki əvəzetmə sırf taktiki gedişlə bağlı idi (36-cı dəqiqədə Əli Səmədovun yerinə Kamran Quliyev oyuna daxil oldu – red). İlk hissəni “Qəbələ” möhtəşəm oynadı. İkinci yarıda bizim də oyunumuz yaxşı alındı. Təəssüf ki, qol vura bilmədik. “Qəbələ”ni təbrik edirəm”.

“Şamaxı”nın çalışdırıcısı Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı liqaya düşəcəyi ilə bağlı son açıqlamalara münasibət bildirib: “Biz əvvəldən də bilirdik ki, axrıncı yeri tutan klub Premyer Liqanı tərk edəcək. Ona uyğun da planımızı qurmuşduq. Plana uyğun da gedirdik. Keçirdiyimiz bütün oyunlarda heç də pis təsir bağışlamamışıq. Fərq etməz, legionerlər olsun, ya ancaq yerli futbolçular. Yaxşı bir kollektiv yığıb inkişaf etmişik”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər