Çempionlar Liqasından sonra faciəvi hadisə - Oteldə pəncərədən yıxılaraq öldü
Qadın voleybolçular arasında Çempionlar Liqasının yarımfinalında “Eczacıbaşı”ya uduzan İtaliyanın “Novara” klubu faciəvi xəbərlə sarsılıb.
Msport.az xəbər verir ki, İtaliya təmsilçisinin oyunçusu Julia İtuma qaldıqları otelin pəncərəsindən yıxılaraq ölüb.
19 yaşlı voleybolçu “İtalia” klubundan ayrıldıqdan sonra “Novara”da ilk mövsümünü keçirirdi.
Milanda nigeriyalı bir ailədə dünyaya gələn İtuma İtaliyanın U-19 yığmasının da formasını geyinirdi.
İstanbul polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
ANAR ABDULLAYEV