featured-image-10053

“Spartak”ın sabiq futbolçusu Anzor Kavazaşvili “Ferentsvaroş” – “Qarabağ” oyunu (1:3) haqqında danışıb.

Msport.az “championat.com”a istinadən xəbər verir ki, SSRİ yığmasının sabiq  oyunşusu Çerçesovun belə zərbə alacağını gözləmədiyi bildirib:

“Ferentsvaroş”u mübarizədən kim çıxartdı? “Qarabağ”? Özü də evdə 1:3 hesabı ilə uduzdular. Mən çox heyrətləndim. Dostum Çerçesovun evdə belə zərbə alacağını heç gözləməzdim. Avrokuboklarda heç vaxt ciddi nəticələrə idda etməyən komandaya uduzmaq. Bu, sadəcə heyrətamizdir”.

 

Bənzər xəbərlər