featured-image-49110

Serbiyalı məşhur tennisçi Novak Cokoviç “Uimbldon” turnirini buraxacaq.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, buna 37 yaşlı idmançının “Rolan Qarros” yarışının 1/8 final mərhələsində dizindən zədələnməsi səbəb olub.

Yaxın günlərdə əməliyyat olunacaq tennisçinin “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirakı da sual altındadır.

Qeyd edək ki, “Uimbldon” turniri iyulun 1-14-də təşkil olunacaq.

Bənzər xəbərlər