featured-image-60437

Məşhur serbiyalı raketka ustası Novak Cokoviç Australian Open tennis turnirində yarımfinal oyununu yarımçıq dayandırmalı olub. Msport.az xəbər verir ki, 37 yaşlı idmançı Almaniyanı təmsil edən Aleksandr Zverevlə görüşü zədə səbəbindən sona çatdıra bilməyib.

İlk set 1 saat 21 dəqiqə davam edib və Zverev 7:6 hesabı ilə üstün olub. Cokoviç sol ayağından zədə aldığından ikinci setə çıxa bilməyib və Zverev finala yüksəlib.

Didgər yarımfinal cütündə italiyalı Yannik Sinner ABŞ nümayəndəsi Ben Şelton ilə üz-üzə gələcək.

Bənzər xəbərlər