featured-image-52188

Dünyaşöhrətli serbiyalı tennisçi Novak Cokoviçə həsr olunmuş muzey inşa ediləcək.

Msport.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib. O, 37 yaşlı idmançının ölkə üçün etdiyi xidmətlərə görə bu addımı atdıqlarını söyləyib.

Bildirilib ki, muzeyin tikintisinə yaxın zamanda başlanılacaq.

Qeyd edək ki, Novak Cokoviç “Paris-2024” Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışında qızıl medal qazanıb. O, həmçinin “Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçu ünvanına sahibdir.

Bənzər xəbərlər