featured-image-9996

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” öz meydanında “Qarabağ”a 1:3 hesabı ilə məğlub oldu.

Msport.az “nemzetisport”a istinadən xəbər verir ki, Budapeşt klubunun futbolçusu Bakint Veçei matçla bağla fikirlərini bildirib:

“Bu günkü oyun planlaşdırdığımız kimi keçmədi. Erkən qol buraxmağımız ssenariyə təsir göstərdi. Lakin həmin anda da biz elə dağılmalı deyildik.  Oyunun gedişini dəyişmək üçün bir çox elementlər çatışmırdı. İkinci hissədə biz daha çox risk edirdik, daha çox irəli gedirdik. Lakin təəssüf ki, rəqib əks-hücumlardan daha yaxşı istifadə edirdi.

Bilirdik ki, onların elə futbolçuları var kı, kiçik səhvlərə görə belə bizi cəzalandıra bilərlər. Digər tərəfdən biz çox səhvlərə yol verdik və onlar bundan istifadə etdilər.

Evdə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün çox məyusuq. Bu bizi çox ağrıdır. Fikirləşirdik ki, evdə bunu edə bilərik. Lakin biz təslim olmayacağıq. Sabahdan Avropa Liqasının oyununa hazırlaşacağıq. Son 3 ildə qrupa düşmüşük, indi buna nail olmaq istəyirik”.

Bənzər xəbərlər