Daliç penalti haqqında: "Livakoviç nə edə bilərdi, hara gedə bilərdi"
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinalında Argentina ilə matçda (0:3) qapılarına təyin olunan penaltidən danışıb.
Msport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis hakimin qərarından gileylənib:
“Məncə, penalti yox idi. Livakoviç nə etməli idi? O, hara gedə bilərdi?
Əgər bu, hansısa yeni qaydalarla bağlıdırsa, onlar bu haqda bizə məlumat verə bilərdilər”.
Xatırladaq ki, Argentina – Xorvatiya oyununun 34-cü dəqiqəsində italiyalı hakim Daniele Orsato Livakoviçin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib və penalti təyin edib.