DÇ-2022: 1\4 finalda ən çox İngiltərə Premyer Liqası təmsil olunur
İngiltərə Premyer Liqası Qətərdə keçirilən dünya çempionatının 1\4 final mərhələsində ən çox futbolçu ilə təmsil olunan liqadır.
Msport.az xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti”nin mundialda daha çox oyunçusu qalıb.
1\4 finala yüksəlmiş komandaların 207 futbolçusundan 65-i İngiltərə Premyer Liqasında çıxış edir. İspaniya La Liqasını 31 oyunçu təmsil edir. Üçüncü sırada İtaliya A seriyasıdır – 23 nəfər.
1\4 finalda dünyanın 21 müxtəlif liqalarının nümayəndələri mübarizə aparacaq.
Klublar arasında liderlik “Mançester Yunayted” və “Mançester Siti”dədir. Hər iki İngiltərə nəhənginin 11 oyunçusu hələ dünya çempionatındadır. “Barselona”nın cəmi 5 oyunçusu mundialda qalıb. Qeyd edək ki, “Barsa”dan Qətər-2022-yə 17 oyunçu getmişdi.