featured-image-18986

Argentina prezidenti Alberto Fernandes bu gün keçiriləcək dünya çempionatının final oyunu üçün Qətərə getməyəcək.

Msport.az xəbər verir ki, bu barədə o, tvitter hesabında paylaşım edib. Bu gün Bakı vaxtı ilə saat 19:00-da mundialın həlledici matçında Fransa və Argentina yığmaları qarşılaşacaq:

“Milyonlanla həmvətənimiz kimi mən də dünya çempionatının finalının həyəcanını evdə yaşayacam. Bu fantastik anları xalqımla bir yerdə yaşayacam. Bizim ən yaxşı futbolçularımız meydanda olacaqlar, tribunalarda isə gözəl azarkeşlərimiz”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron isə Qətərə gedərək final matçını izləyəcək. O, Fransa ilə Mərakeş arasında yarımfinal görüşünə (2:0) də tribunadan baxmışdı.

Bənzər xəbərlər