featured-image-18703

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçı Argentina – Xorvatiya matçında müəyyənləşib. Xorvatlar qalib gələcəkləri halda ardıcıl ikinci mundialda həlledici oyunun iştirakçısına çevriləcəkdilər. Dünya çempionatının favoritlərindən hesab olunan Argentina yığmasının buna imkan verib-verməyəcəyi böyük maraqla gözlənilirdi. Cənubi Amerika təmsilçisi bu görüşdə 3 cavabsız qolla qalib gələrək ilk finalçı olub.

Sabah keçiriləcək ikinci yarımfinal görüşündə Fransa və Mərakeş yığmaları üz-üzə gələcəklər.

Dünya çempionatı
Yarımfinal

13 dekabr

Argentina – Xorvatiya 3:0
Qol: Lionel Messi, 34-pen. Xulian Alvares, 39; 69.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Lusail” stadionu.

Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 5. Leandro Paredes, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k),  13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andre Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.

Bənzər xəbərlər