DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkib. İngiltərəli FİFA referisi Maykl Oliver idarə etdiyi oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti seriyasında daha dəqiq olan xorvatlar sürpriz şəkildə Braziliya yığmasını mundialdan kənarda qoyublar.
Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gəliblər. “Lusail” stadionunda keçirilən görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olub. 4 qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Penalti zərbəsini daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi yarımfinalda Xorvatiya ilə oynamaq hüququ qazanıb.
1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Dünya çempionatı
1/4 final
9 dekabr
Xorvatiya – Braziliya 1:1 (penaltilər 4:2)
Qol: Bruno Petkoviç, 117 – Neymar, 105+1.
Baş hakim: Maykl Oliver (İngiltərə).
“Edukeyşn Siti” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 7. Lukas Paketa, 9. Rişarlison, 10. Neymar, 11. Rafinya, 14. Eder Militao, 20. Vinisius Junior.
Niderland – Argentina 2:2 (penaltilər 3:4)
Qol: Vaut Veqhorst, 83; 90+11 – Nahuel Molina, 35. Lionel Messi, 73-pen.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
“Lusail” stadionu.
Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 7. Stiven Berqveyn, 8. Kodi Qakpo, 10. Memfis Depay, 15. Marten De Roon, 17. Deyli Blind, 21. Frenki De Yonq, 22. Denzel Dumfris.
Argentina: 23. Emiliano Martines, 7. Rodriqo De Paul, 8. Markos Akunya, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makallister, 24. Entso Fernandes, 25. Lisandro Martines, 26. Nahuel Molina.