DÇ-2022: Final oyununun hakimləri bəlli oldu
Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.
Msport.az xəbər verir ki, həlledici qarşılaşmanı polşalı FİFA referisi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Xatırladaq ki, dekabrın 18-də oynanılacaq Argentina – Fransa matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.