featured-image-18667

Qətərdə təşkil olunmuş dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında keçiriləcək ikinci yarımfinal oyununun da hakim təyinatları açıqlanıb.

Msport.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qarşılaşmanı Meksika Futbol Federasiyasından olan Sezar Ramos idarə edəcək.

Ona yan xətt hakimləri Alberto Morin və Migel Hernandes (hər ikisi Meksika) kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Venesueladan olan Xesus Valensuela yerinə yetirəcək.

Xatırladaq ki, dekabrın 14-də baş tutacaq Fransa – Mərakeş matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Sabah baş tutacaq Xorvatiya – Argentina matçında isə italiyalı Daniele Orsato iş başında olacaq.

Bənzər xəbərlər