featured-image-18589

İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lyoris Fransa milli komandasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, Qətərdə təşkil olunmuş dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən futbolçuya çevrilib.

143-cü dəfə millinin formasını geyinən çərçivə qoruyucusu Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin dünya çempionatlarında ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub – 18 matç.

Xatırladaq ki, Fransa yığması İngiltərə millisinə 2:1 hesabıyla qalib gəlib və yarımfinalda oynamaq şansı qazanıb. Bu komandanın həlledici oyuna vəsiqə uğrundakı rəqibi Mərakeş seçməsi olacaq.

Bənzər xəbərlər