featured-image-18817

Futbol üzrə Fransa millisinin qapıçısı Uqo Lyoris Almaniya yığmasındakı həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, 36 yaşlı qolkiper bunu Qətərdəki mundialda Mərakeşə qarşı keçirdikləri yarımfinal matçında meydana çıxmaqla bacarıb.

Bu, təcrübəli çərçivə qoruyucusunun 19-cu matçı olub. Loris bununla dünya çempionatlarında ən çox oyun keçirmiş qapıçıların siyahısında almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.

Xatırladaq ki, Fransa yığması Mərakeşə qalib gəlməklə finala yüksəlib. Bu üzdən Lyoris dekabrın 18-də Argentina ilə final matçında da meydana çıxmaqla mütləq rekordçu olacaq.

Bənzər xəbərlər