DÇ-2022: Məşqçi ilə mübahisə etdi, millinin düşərgəsindən qovuldu
“Arsenal”ın müdafiəçisi Ben Uayt məşqçi ilə dalaşdığı üçün millinin düşərgəsini tərk edib.
Msport.az “Daily Star”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Xollandla dalaşıb.
Əvvəlcə onun millinin Qətərdəki düşərgədən ayrılmasını şəxsi səbəblərlə əlaqələndirmişdilər.
Mənbənin sözlərinə görə, Uaytla Holland arasında mübahisə ABŞ-la matçdan öncə komandanın iclasına gələrkən baş verib. Uayt rəqibin futbolçuları haqqında vacib məlumatları bilmirmiş. Komanda üzvlərinin gözü qarşısında baş verən mübahisə qırılma nöqtəsi olub.
Qərara əsasən, Uayt millinin düşərgəsindən uzaqlaşdırılıb.