DÇ-2022: Messi millinin son məşqində iştirak etmədi
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatının final oyununa hazırlaşan Argentina millisinin son məşqini buraxıb.
Msport.az xəbər verir ki, 35 yaşlı hücumçunun sol ayağında zədəsi var.
Xorvatiyanı 3:0 hesabı ilə darmadağın etdikləri yarımfinal matçında bud nahiyyəsindən xəsarət alan forvardın durumu barədə rəsmi məlumat verilmir. Amma Messi finala vəsiqə qazandıqları görüşdən sonra mətbuata müsahibəsində hər şeyin qaydasında olduğunu bildirib. Ehtimal olunur ki, məşqçilər korpusu ona daha çox istirahət vermək üçün bu gün məşq etməməsinə şərait yaradıb.
Xatırladaq ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək həlledici oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.