DÇ-2022-nin ən yaxşıları açıqlandı
Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının ən yaxşıları bəlli olub.
Msport.az xəbər verir ki, Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes bu mundialın ən yaxşı gənc futbolçusu seçilib.
Argentina yığmasının qapısını qoruyan Emiliano Martines DÇ-nin ən yaxşısı qapıçısı elan olunub.
Cənubi Amerika təmsilçisinin lideri və kapitanı Lionel Messi isə bu dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Fransa yığmasının hücumçusu Kilian Mbappe isə dünya çempionatının bombardiri kimi mükafatlandırılıb. O, bu mundialda 8 qol vurmağa nail olub. İkinci yeri isə 7 qol vurmuş Lionel Messi tutub.
Xatırladaq ki, Argentina – Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.