DÇ-2022: Xorvatiya dünya üçüncüsü oldu
Qətərdə təşkil olunan dünya çempionatında bu gün üçüncü yer uğrunda oyun keçirilib.
Msport.az xəbər verir ki, bürünc medal uğrunda mübarizə yarımfinalda uduzan Mərakeş və Xorvatiya yığmaları arasında baş tutub.
Xatırladaq ki, Mərakeş yarımfinalda Fransaya 0:2, Xorvatiya isə Argentinaya 0:3 hesabıyla uduzub.
Mərakeş tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparırdı. Xorvatiya millisi isə qələbə qazanacağı halda tarixində ikinci dəfə dünya üçüncüsü olacaqdı. Onlar ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək, bu titula sahib çıxmışdılar. Üç qolun qeydə alındığı matç məhz xorvatların qələbəsiylə yekunlaşıb.
Dünya çempionatının qalibi isə sabah Fransa və Argentina yığmaları arasındakı oyunda müəyyənləşəcək.
Dünya çempionatı
3-cü yer uğrunda oyun
17 dekabr
Xorvatiya – Mərakeş 2:1
Qol: Yoşko Qvardiol, 7. Mislav Orşiç, 42 – Əşrəf Dari, 9.
Baş hakim: Abdulrahman Əl-Jassim (Qətər).
“Xəlifə” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 2. Yosip Stanişiç, 4. İvan Perişiç, 7. Lovro Mayer, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 14. Marko Livaya, 18. Mislav Orşiç, 20. Yoşko Qvardiol, 24. Yosip Şutalo.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 7. Hakim Ziyeş (k), 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf Ən-Nəsir, 18. Vavad Əl-Yamiq, 20. Əşrəf Dari, 23. Bilal Əl-Xannus, 25. Yəhya Attiat-Alla.