featured-image-26009

Millimizin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Avstriya ilı oyun üçün 23 futbolçunu müəyyənləşdirib.

Msport.az xəbər verir ki, 3 oyunçu yığmanın heyətindən kənarda qalıb.

İtaliyalı mütəxəssis Ceyhun Nuriyev (Sabah), Rüstəm Əhmədzadə (Zirə) və Azər Salahlının xidmətlərindən yararlanmamağı məqsədəuyğun sayıb. Xüsusən də Salahlının heyətdən uzaqlaşdırılması təəccüblü olub. Çünki əvvəlki matçlarda De Byazi “Neftçi”nin müdafiəçisinə daha çox güvənirdi.

Xatırladaq ki, Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma 3 gün sonra İsveçin qonağı olacaq.

AYXAN 

Bənzər xəbərlər