De Byazi onu heyətdən uzaqlaşdırdı
Millimizin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyunda Azər Salahlının xidmətlərinə ehtiyac duymayıb. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis “Neftçi”nin müdafiəçisini “23-lüy”ə salmayıb.
Azərlə yanaşı, U-21 yığmasına qoşulan Cəlal Hüseynov istisna olmaqla, digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 20:00-da başlayacaq.