featured-image-25526

Milli komandamızın baş məşqçisi Canni de Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlar üçün 27 futbolçuya dəvət göndərib. Yəqin ki, səfər ərəfəsində heyətdəki  futbolçuların sayı bir qədər azalacaq. Komandamız əvvəlcə Bakıda bir neçə gün təlim-məşq toplanışı keçəcək, sonra isə Avstriyaya yollanaq.

İtaliyalı mütəxəssisin heyətinə diqqət yetirdikdə, “Sabah”dan 7 oyunçunu çağırması maraq doğurur. Bu “yeddilik”də Ceyhun Nuriyevin adı xüsusi ilə diqqəti cəlb edir. 21 yaşlı yarımmüdafiəçi paytaxt klubunda heç də əsas oyunçu sayılmır. O, bu mövsüm yalnız “Səbail”lə noyabrın 6-da keçirilmiş görüşdə 90 dəqiqə meydanda olub. Nuriyev “Zirə” ilə son görüşdə də (2:0) cəmi 14 dəqiqə şans qazanıb. İndiki məqamda Nuriyev üçün əsas milli komanda çox tezdir. Yəqin ki, De Byazi gənc oyunçuya yığmanın ab-havasını hiss etmək imkanı yaratmaq istəyib.

“Şamaxı” ilə oyunda (1:2) ciddi səhvə yol verən və son 3 matçda ehtiyatda qalan Bəxtiyar Həsənəlizadənin də siyahıda olması bir təəccüb doğurur. Bəxtiyar bu mövsüm cəmi 12 oyunda çıxış edib.

Klubda az oynayıb milliyə dəvət alanlardan biri də Toral Bayramovdur. “Qarabağ”ın müdafiəçisi cari çempionatda 13 matçda meydana çıxıb. “Sumqqayıt”la son görüş də (6:0) göstərdəki ki, 22 yaşlı futbolçu formada deyil. Məhz bu səbəbdən Qurban Qurbanov müdafiənin sol cinahında əsas oyunçu kimi Elvin Cəfərquliyevə güvənir.

“Qarabağ”ın digər üzvü – Filip Ozobiç də formada deyil. Xorvatiyalı yarımmüdafiəçi uzun müddət zədəli oldu, indi isə sağalıb lakin tam hazır deyil. 31 yaşlı oyunçunun ideal formasını bərpa etməsi elə də asan olmayacaq.

“Zirə”nin hücumçusu Rüstəm Əhmədzadənin də adını siyahıda görəndə çox təəccübləndim. 22 yaşlı forvard üçün bu mövsüm uğurlu  keçmədi. Əhmədzadə 23 görüşdə forma geyinsə də, hələ də qol hesabını aça bilməyib. Rüstəm açıq-aşkar mövqeyində olan legionerlərdən geri qalır.

Adını çəkdiyim futbolçular gənc olduğundan italiylalı məşqçi görünür, perespektivi düşünərək belə addım atıb. Bu gənclər gələcəkdə millinin özəyini təşkil edə bilərlər.

AYXAN

Bənzər xəbərlər