featured-image-19649

“Səbail”də Mahmud Qurbanovu əvəzləyən Şahin Diniyev əvvəlki baş məşqçinin qərarını ləğv edib.

Msport.az xəbər verir ki, Qurbanov 4 legionerin – Luvaqo Kizito, Maksim Çex, Fakundo Kardozo və Qustavo Fransanın göndərildiyini açıqlamışdı. Lakin Diniyev adıçəkilən futbolçulardan üçünü komandada saxlayaraq yalnız Kardozo ilə yollarını ayırıb.

Baş məşqçi bu qərarını qışda çox transfer etməyəcəkləri ilə izah edib.  “Səbail” hazırda yalnız “10 nömrə” mövqeyinə oyunçu axtarır. Adil Nağıyevin “Şamaxı”dan qayıtmasından sonra müdafiə xəttinə də qışda yeni oyunçu alınmayacaq. Diniyev əsas transferləri məhz yayda etməyi planlaşdırır.

Bənzər xəbərlər