featured-image-18666

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Lionel Zlatko Daliç Qətərdə təşkil olunmuş dünya çempionatının yarımfinalında Argentina yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox önəmli bir qarşılaşmaya çıxacağıq. Yarımfinala yüksəlməyimiz də Xorvatiya üçün ciddi uğurdur. Amma daha artığına nail olmaq istəyirik. Bu dəfə də finala çıxacağımıza inanırıq. Sabah heç birimiz mübarizədən çəkinməyəcəyik. Gücümüz və istəyimiz var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Hər iki komandadan sağlam, dinamik və centlmencəsinə bir oyun gözləyirəm. Ardıcıl ikinci dəfə dünya çempionatının finalında oynamaq Xorvatiya üçün bütün zamanların ən yaxşı uğuru olacaq”.

Daliç Argentina yığması haqqında da danışıb: “Lionel Messinin liderliyində çox ciddi rəqiblə üz-üzəyik. Argentina yığmasını analiz etmişik. Necə oynayacaqlarını bilirik. Oyunçularıma güvənirəm. Onlar mükəmməl xarakterə malikdirlər. Belə olmasaydı, yarımfinala qədər gəlib çıxmazdılar”.

Xorvatiyalı mütəxəssis yorğunluqla bağlı sualı belə cavablandırıb: “Son iki oyunumuz əlavə vaxta və penaltilərə qədər uzanıb. Amma yarımfinaldayıqsa, yorğunluqdan bəhs edə bilmərik. Dörd il öncə də heç kim finala çıxacağımızı təxmin etmirdi. İndi də finala dörd namizəd var. Amma onlardan ikisi həlledici oyunda olacaq, biri isə dünya çempionatını qazanacaq”.

Bənzər xəbərlər