Dünya çempionatı: Hidayət Heydərov da medalsız qaldı
Qətərin paytaxxtı Dohada cüdo üzrə dünya çempionatı keçirilir. Msport.az xəbər verir ki, Azərbaycan komandası yarışların ilk günündə medalsız qalıb.
73 kq çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa çempionu Hidayət Heydərov (73 kq) bürünc medal uğrunda görüşdə yaponiyalı Soişi Haşimotoya uduzub.
Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq imkanını əldən verib.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.