featured-image-29573

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir. Msport.az xəbər verir ki, milli komandamızın iki üzvü bürünc medalı özünə təmin edib.

86 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges 1\4 finalda yerli idmançı Şoxcahon Abdullayev üzərində qələbə qazanıb – 5:0.

91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də 1\4 final mərhələsini qalibiyyətlə başa vurub. Həmyerlimiz Gürcüstan boksçusu Nikoloz Beqadzeni məğlub edib – 5:0.

Hər iki boksçumuz ən azı bürünc medalı özlərinə təmin ediblər.

Yarımfinal görüşləri mayın 12-də keçiriləcək.

 

Bənzər xəbərlər