featured-image-43324

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası tərəfindən keçirilən turnirdə yığmanın 4 idmançısı dünya çempionatına vəsiqə qazanıb.

Federasiyadan Msport.az-a verilən məlumata görə, Ramin Səməndərov, Seyhun Ağayev, Yəhya Məmmədov və Azər Hacıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək yarışda ölkəni təmsil etmək hüququna yiyələniblər.

Onlar turnirə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacaqlar.

Qeyd edək ki, mundial 27 fevral – 2 mart aralığında gerçəkləşəcək.

Bənzər xəbərlər