Dünya çempionatının ən "şirin" - FOTOLARI
DÇ-2022-nin ən maraqlı kadrları futbolçuların ailə üzvləri ilə öz qələbələrini qeyd etmələridir. Əksər oyunçular dünya çempionatına ailələri ilə gəldiklərindən matçdan sonra əhval-ruhiyyə yaxşı olanda balacaları yaşıl meydana çıxarırlar.
Argentina millisinin baş məçqçisi Lionel Skaloninin oğlu atasının komandası yarımfinala çıxdıqdan sonra sevincindən yerə-göyə sığmır.
Luka Modriç Braziliya üzərində 1\4 finaldakı qələbədən sonra uşaqları ilə Meydanda xeyli balaca Modriçlər var.
Belçika ilə bərabərlikdən sonra də Modriçlər meydanda idilər.
Portuqaliyanı gözlənilmədən keçən Mərakeşin ən yaxşılarından biri qapıçı Yasin Bunu idi. O, öz əlcəklərini oğlu ilə bölüşdü.
Digər mərakeşli futbolçular da övladlarının əhatəsində. Uşaqların əynində atalarının adı olan formalar var.
Sofyan Bufal və onun xoşbəxt anası.
Əşrəf Hakimi və Abdelhamid Sabiri Belçika ilə görüşdən sonra emosiyalarını doğmaları ilə paylaşırlar.
Hakimi oğlunu da meydana çıxarıb. Uşağın hələ 2 yaşı olmasa da, saç düzümü nəyə desən dəyər.
İdrissa Quye də Seneqalın pley-offa vəsiqə qazanmasını uşaqları ilə qeyd edirdi.
Tunisli Yussef Msakni qızlarına futbol meydanını yaxından göstərməyi qərara alıb. Uşaqların xatirəsində bu silinməz iz buraxacaq.
Belçikanın mundialda yeganə qələbəsini – I turda Kevin de Brüyne tribunada uşaqları ilə qeyd etdi.
Bir az sonra qızı Surini meydana çıxardı.
Dris Mertensin həyat yoldaşı göstərirdi ki, onlar nəyin xatirinə meydanda can qoymalıdırlar. Həm də bu körpəyə görə.
Olivye Jiru Tunisə məğlubiyyətdən sonra ailə üzvlərini texniki zonaya tərəf gətirib. Hamısının da əynində 9 nömrəli futbolka.
Ailə üzvlərinin gəlməsi Qrizmannın sevincinə səbəb oldu və o, anındaca Tunisə məğlubiyyəti unutdu.
Markinyos və uşaqları. Onda braziliyalıların ağlına da gəlmirdi ki, 1\4 finalda onları bu cür kədərli sonluq gözləyir.
Fredin uşağı bir an atasından da məşhur ulduza çevrilmişdi.
Alisson isə uşaqlarını Kamerunla matçdan əvvəl məşqə də gətirmişdi.
Niderlandın məşqi: Frenki de Yonq öz sevgilisi ilə, Lui van Qaal isə həyat yoldaşı ilə.
Lük Şou ilə Harri Keyn arada tribunaya tərəf də qalxırdılar.
ABŞ-la heç-heçə Harri Maquayrı o qədər də kədərləndirməmişdi. Çünki oyun qutaran kimi balaca qızı onun üstünə qaçırdı.
Pikford da tribunaya tərəf qalxdı ki, ailə üzvləri ilə şəkil çəkdirsin.
Aaron Remzi oğlunu çəkən fotoqrafa heyranlıqla baxan anda Uels yığmasının digər üzvü İtan Ampadu qucağında uşağını saxlayır. Uelsin dünya çempionatına gəlməsi artıq onlar üçün bayramdır.