Dursun Özbek və Tahir Gözəl Qarabağ qaziləri görüşdülər - FOTO
“Qarabağ”ın prezidenti Tahir Gözəl “Qalatasaray”ın rəhbəri Dursun Özbeklə görüşüb. Msport.az xəbər verir ki, Ağdam klubunun rəsmisi qonağı salamlayaraq, Bakıya gəldikləri üçün təşəkkür edib. O, əl-ələ verib zəlzələnin dağıntılarını tezliklə aradan qaldıracaqlarına ümidvar olduğunu deyib.
İstanbul klubunun prezidenti əla təşkilatçılığa görə, təşəkkür edib. O, Bakıda möhtəşəm qarşılandıqlarını bildirib. Daha sonra klub prezidentləri “Qalatasaray” azarkeşi olan “Qarabağ” qaziləri ilə görüşüblər.
AYXAN