featured-image-20574

“Sabah”ın maraq göstərdiyi Xese Rodriqesin karyerasını İspaniyada davam etdirə biləcəyi ilə bağlı xəbər yayılıb.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Ankaragücü”ndən ayrılan “Real”ın sabiq hücumçusunun adı “Elçe” ilə yanaşı hallanır. Lakin La Liqada sonuncu pillədə olan klubun baş məşqçisi Pablo Maçin bu xəbəri təkzib edib: “Bu futbolçu ilə bağlı heç bir qeydim yoxdur.  Mənə təqdim olunan bir ad deyil. Bundan artıq heç nə deyə bilmərəm”.

29 yaşlı forvard cari mövsümün əvvəlində Ankara təmsilçisi ilə müqaüvilə bağlasa da, o, Türkiyə paytaxtında qalmaq istəməyib. Xese “Ankaragücü”ndə 16 oyunda 5 qol vurub.

Vaxtilə “Real”, PSJ, “Stok Siti, “Betis”, “Sportinq”, “Las Palmas” kimi klublarda oynamış futbolçunun “Sabah”a keçəcəyi barədə xəbərlər yayılıb.

AYXAN 

Bənzər xəbərlər