“Qarabağ” “Zirə”ni məğlub etdi
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə “Qarabağ” yoxlama oyunu keçirib. .
Msport.az xəbər verir ki, Ağdam klubu “Azersun Arena”da “Zirə” ilə qarşılaşıb.
Görüş Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. “Zirə”nin yeganə qolunu isə Dameyn Smit vurub.







