featured-image-24851

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Kəpəz” – “Zirə” matçından (1:1) sonra meydan sahiblərinin baş məşçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, CBC Sport-un canlı yayımında sualları cavablandırıb:

“Maraqlı oyun oldu. Hücumlarımız həddindən artıq çox idi. Qol epizodlarımız da az deyildi. Həm birinci, həm də ikinci hissədə qol imkanlarımız oldu. Çalışırdıq ki, rəqibi topsuz qoyaq, həm də imkan verməyək ki, qol depizodu yaratsın. Rəqibin yalnız standart vəziyyətdən bəzi epizodları oldu. Ümumilikdə komandamın oyunundan razı qaldım, yaxşı mübarizə apardılar. Baxımlı futbol göstərdik. Turnir cədvəlindəki vəziyyət bir az bizi sıxır, buna görə də həyəcan həddən artıq çox idi. 3 xal bizə vacib lazım idi, turnir cədvəlində mövqeyimizi düzəldək. Amma 1 xal da, xaldır. Düşünürəm ki, bu gün 2 xal itirdik.

Heç nə olmaya-olmaya 21 xal yığmışıq. Bunun üçün futbolçulara böyük təşəkkür düşür. Bu vəziyyətdə, bu şəraitdə 21 xal toplamaq özü bir igidlikdir”.

Gəncə klubunun çalışdırıcısı üstün olduqları oyunda qələbəni əldən vermələrini belə izah edib:

“Futbolda belə hallar olur. Komanda yenidir, bura gəlməyimin 6 ayı təzə tamam olub. Bura gələndə dost-tanış dedi ki, “hara gedirsən, ordakı futbolçular o deyil. Heç bir şey yoxdur”.  Bura gəlib işə başladıqdan sonra gördüm ki, nəyisə əldə etmək olar.

Bizim qapıya verilən penalti epizoduna gəlincə, baxanlar da deyir ki, onun öz ayağı yerə girib kontakt olmayıb. Hakimlərin elə səhvləri olur ki, oyunun nəticəsinə təsir edir. Komanda hər zaman hücumda olarkən, hakim elə səhv edir ki, oyunun sınma nöqtəsi olur. Bu epizodda da çox əsəb keçirdim. Hakimlərin səhvləri həddən artıq çoxdur. Sarı vərəqə baxımından bəlkə də hamıdan irəlidəyik. Elə bil ki, bizimlə qəsdi-qərəzlikləri var.

Komandanı tam təkmilləşdirmək üçün zaman lazımdır. Qismət olsa, komandada qalası olsam, elə bir kolletiv formalaşdırılmalıdır ki, mükafatlar uğurunda mübarizə aparsın. Bu gün Premyer Liqada qalmaq baxımından böyük təzyiq var üzərimizdə. O təzyiq də oyunda hiss olunur. Nə qədər hücuma çıxsaq da, müdafiədə boşluqlar əmələ gəlir. Bundan da rəqiblər istifadə edirlər. Yeni komandanı vurmaq asandır”.

AYXAN 

Bənzər xəbərlər