featured-image-25794

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat gəlib. Msport.az Avropa futbol qurumunun saytına istinadən xəbər verir ki, həmyerlimiz AÇ-2024-ün seçmə mərhələsinin Bolqarıstan – Monteneqro matçını idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmrəli kömək edəcəklər. Dödüncü hakim funksiyasını Kamal yerinə yetirəcək.

Bolqarıstan – Monteqro oyunu martın 24-də “Ludoqorets Arena”da olacaq.

Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro seçməsinə dəvət olunub.

AYXAN 

Bənzər xəbərlər