featured-image-65112

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən “FIBA Mid-Term Congress 2025″də iştirak edirlər.

Msport.az xəbər verir ki, burada 160-dan çox milli federasiya rəsmiləri növbəti inkişaf mərhələlərini müzakirə edirlər.

Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.

Bənzər xəbərlər