featured-image-26115

Emin Mahmudov Avstriya ilə AÇ-2024-ün seçmə mərhələsinin oyununda (1:4) milli komandamızın yeganə qolunu vurub. Msport.az xəbər verir ki, bu “Neftçi”nin kapitanının yığmamızın heyətində 10-cu qolu olub.

30 yaşlı futbolçu millinin bombardirləri siyahısında Qurban Qurbanova bir az da yaxınlaşıb. 1992-2005-ci illərdə seçmə komandamızın şərəfini qorumuş Qurbanov 14 dəfə fərqlənib. O, 14 qolu 68 matçda, Mahmudov isə 10 topu 37 qarşılaşmada vurub.

Qurban Qurbanov – 14 qol (68 oyun)

Emin Mahmudov – 10 qol (37 oyun)

Ramil Şeydayev – 9 qol (53 oyun)

Vaqif Cavadov – 9 qol (58 oyun)

Dmitri Nazarov – 8 (46 oyun)

AYXAN

Bənzər xəbərlər