featured-image-28298

Ermənistan millisinin sabiq hücumçusu Yura Movsisyan Matç Tv”yə geniş müsahibə verib.  Karyerası ərzində “Krasnodar”, “Spartak” kimi klublarda oynamış futbolçu uzun illər ABŞ-da yaşamasına baxmayaq, erməni xislətindən əl çəkməyib. Msport.az xəbər verir ki, o ABŞ-ın sabiq prezidenti Barak Obama ilə görüşündən söhbət açıb:

“2009-cu ildə MLS-in qalibi olduq. Bu ABŞ-da qəbul olunmuş prossedurdur,  çempion komandanı prezident Ağ evdə qəbul edir.

Ondan soruşdum ki, “siz niyə ermənilərin soyqırımını tanımadız. Bizə söz vermişdiz”. Obama seçkilərə gedəndə erməni diasporuna söz vermişdi ki, “mənə səs verin, erməni soyqırımını tanıyacam”. Amma o, yalan danışdı. Ona görə də bu sualı verdim. Obama şoka düşdü. Cavab verdi ki, “yaxşısı budur futbolla məşğul ol, siyasətlə yox”. Mən də dedim ki, “bu siyasət deyil, bu həyatdır”.

Görüşdən əvvəl bizə xəbərdarlıq etmişdilər ki, heç bir sual verməyin. Əgər prezident özü nəsə soruşsa, hə, onda cavab verin. Ancaq özüm və bütün ermənilər üçün  bunu soruşmağım vacib idi.  Sonra hamı dedi ki, “biz axı sənə dedik, olmaz”. Düzdür, Ağ evdən məni qovmadılar, amma bütün mühafizə başqa cür baxdı. Tez-bazar yola salmaq istəyirdilər”.

Ermənistan yığmasının sabiq üzvü “Spartak”da çıxış edərkən komandanın türk əsilli isveçrəli baş məşqçisi Murat Yakınla konfliktindən də danışıb. Hiss olunur ki, bu suala da o, peşəkar futbolçu kimi yox, qatı erməni millətçisi kimi cavab verib:

“O, türk əsilli olduğundan problemlərimiz yarandı. Lakin bilirdi ki, nəsə pislik eləsə, sakit durub baxmayacam, problemlər yaranacaq. Klub da mənim tərəfimi tutacaq.

Yakına gəlincə, bir hadisə mənə təsir elədi. O, Araz Ozbilisi erməni genosidi qeyd olunan gün ehtiyata göndərdi. Bax, bu nə deməkdir? Mən onda məşqçiyə dedim ki, “nədir, indi sən türksən, isveçrəli deyilsən”. Çünki o, öncə başqa şey deyirdi. Sonra isə ermənini soyqırım günü əvəzedici komandaya atdı”.

Jurnalistin “Yakın nə cavab verdi” sualına Movsesyanın cavabı belə olub: “Düzü, yadımda deyil. O, “Spartak”da sadəcə pul qazanmaq istəyirdi. “Podyomnı” aldı, sonra da illik maaşını. Qazandı və gtdi”.

AYXAN 

Bənzər xəbərlər