Ermənilər millimizin oyununda təxribat törətdi - FOTO
Ermənilər dünən keçirilən DÇ-2022-nin seçmə mərhələsinin İsveç – Azərbaycan oyununda (5:0) təxribata əl atıblar.
Msport.az xəbər verir ki, ermənilər Stokholmdakı “Friends Arena”da Qarabağdakl qondarma qurumun bayrağını qaldırıblar. Bundan başqa onlar “Artsaxın blokadasını dayandırın” şüarı da çıxarıblar.
Qeyd edək ki, Xankəndi – Laçın yolunda ekoaktivistlərin dinc aksiyası davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə şərait yaradılır.
Ermənilər isə birinci dəfə deyil ki, Azərbaycan komandalarının oyunlarında təxribata əl atırlar. Onlar daim “Qarabağ”ın Avropadakı matçlarında da bu cür çirkin əməllərə cəhd göstərirlər.
AYXAN