Evləndi və Azərbaycandan ayrıldı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Mertsalovanın yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, 21 yaşlı voleybolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
Bir müddət əvvəl Azərbaycan yığmasının voleybolçusu Aqil Ağazadə ilə ailə həyatı quran “Azərreyl”in üzvü ölkə xaricində çıxış etməyə üstünlük verib. Anastasiya Superliqanın “Aykarakoz” klubuna keçib. O, cari mövsümdə yeni komandasının uğurları üçün çalışacaq.
“Aykarakoz” Superliqanın debütantıdır.