featured-image-24538

Kişi həndbolçuların Azərbaycan çempionatında 17 və 18-ci turların oyunları keçirilib.

Msport.az xəbər verir ki, çempionatın lideri “İdman Akademiyası” “AHF Arena”da baş tutan ilk matçda autsayderlərdən olan U-16-nı böyük fərqlə üstələyib – 33:18.

“Məhsul” RİOEUGİM-i 42:23, “Dinamo” isə “Bakı”nı 39:29 hesabı ilə məğlub edib.

18-ci turda da eyni cütlüklər üz-üzə gəlib, favoritlər sensasiyaya imkan verməyiblər. “İdman Akademiyası” 41:22, “Məhsul” 42:31, “Dinamo” isə 39:32 hesablı qələbəyə seviniblər.

Bu qarşılaşmalardan sonra turnir cədvəlinə 39 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” 29 xalla ikinci, “Təhsil” 27 xalla üçüncüdür. 4-cü pillədəki “Dinamo”nun aktivində 24 xal var. RİOEUGİM-lə U-16-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.

Bənzər xəbərlər