featured-image-4407

Gənclər və İdman naziri Fərid Qayıbovun kadr islahatları davam edir. Bir neçə gün öncə mərhum nazir Azad Rəhimovun qaynı Elçin Həsənovu Bakı Su İdman Sarayının direktoru vəzifəsindən azad edən Qayıbovun yaxın vaxtlarda da bir neçə dəyişiklik edəcəyi gözlənilir.

Msport.az-ın əldə etdiyi məlumata görə, Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzinin də direktoru da işdən çıxarılacaq.  “Neftçi”nin köhnə bazası kimi tanınan şəhərin mərkəzində yerləşən mərkəzə uzun illərdir ki, Oqtay Abdullayev rəhbərlik edir. Abdullayev eyni zamanda Futbol Veteranları İttifaqının sədri və “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədridir.

Tofiq Bəhramov adına Respublika stadionunun da direktorunun vəzifədən göndərilməsi planlaşdırılır. Mərhum Akif İsmayılovdan sonra – 2015-ci ildən arenaya Şamil Quliyev rəhbərlik edir. Ötən mövsüm “Qarabağ” Avropa Konfrans Liqasında rəqiblərini bu stadionda qəbul edərkən qazonun yarıtmaz vəziyyətdə olması birmənalı qarşılanmamışdı.

Bənzər xəbərlər