featured-image-25468

“Forza Neftçi”dən Qurbanovun istəyinə reaksiya: “Neftçi”nin futbolçusuna “Neftçi” forması yaraşır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında Türkiyə “Qalatasaray”ına qarşı Bakıda keçirəcəkləri xeyriyyə matçı üçün digər klublardan futbolçu götürmək istədiyini bildirib. 51 yaşlı mütəxəssis bunun üçün “Neftçi”yə də müraciət edə biləcəklərini istisna etməyib.

Bəs, görəsən paytaxt klubunun fanatları buna razı olarlarmı? Məsələyə münasibət öyrənmək üçün “Forza Neftçi” azad azarkeş qrupunun rəhbəri Səccad Abasovla əlaqə saxladıq.

O, Msport.az saytına açıqlamasın da belə bir şeyin mümkün olmadığını söyləyib: “Bizim bir tərəfimiz, bir komandamız var. “Neftçi”nin futbolçusuna “Neftçi” forması yaraşır. Nəinki “Qalatasaray”la yoldaşlıq oyunu keçirmək, “Qarabağ” dünya çempionu olsa belə, bizim rəngimiz ağ-qaradır”.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçından əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

CAHİD

Bənzər xəbərlər