Fransa millisində daha bir şok - Jiru finalda oynamaya bilər
Fransa millisinin hücumçusu Olivye Jirunun dünya çempionatının finalında Argentinaya qarşı oynaması sual altındadır.
Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, “Milan”ın forvardının dizində ağrıları var. Fransa yığmasının axşam məşqində Jirunun yerinə Markus Türam sınaqdan keçirilib.
Xatırladaq ki, Qətərdəki mundialda 5 dəfə strat heyətində meydana çıxan futbolçu 4 qol vurub.