featured-image-18837

Məşhur taliyalı mütəxəssis Klaudio Ranyeri dünya çempionatının yarımfinal mərhələsinin Fransa – Mərakeş oyununu (2:0) dəyərləndirib.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, təcrübəli məşqçi Fransadan başqa, bütün dünyanın Mərakeşə azarkeşlik etdiyini deyib:

“Argentina – Fransa – ən çox gözlənilən final? Bəli, ancaq siz gördünüz ki, Fransa fantastik Mərakeş komandasını məğlub etmək üçün nə qədər güc sərf etdi. Reqraqinin komandası müdafiədə əla oynadı. Onlar qol vurmağı haqq edirdilər. Hakimi və Zieş olan sağ cinahları həmişə kimi əla idi. Fransadan başqa, bütün dünya Mərakeşə azarkeşlik edirdi. Ona görə ki, hamı nağılları sevir”.

Qeyd edək ki, Mərakeş bürünc medal uğurunda görüşdə Xorvatiya ilə qarşılaşacaq. Oyun dekabrın 17-də keçiriləcək.

 

Bənzər xəbərlər