featured-image-18823

Qətərdə keçirilmiş dünya çempionatının yarımfinal oyunundan sonra Fransa və Mərakeş yığmalarının azarkeşləri arasında toqquşma başlayıb.

Msport.az xəbər verir ki, Parisdəki Yelisey meydanında, eləcə də Nitsada küçə toqquşmaları baş verib.

Bildirilib ki, azarkeşlər bir-birlərinə fişənglərlə atəş açıblar. Nəşrin xəbərinə görə, fransızlar mərakeşli azarkeşləri “Ərəblər, rədd olun!” və “Öz evimizdəyik” şüarları ilə təqib ediblər. Monpelyedə toqquşmalarda zərərçəkənlərin olduğuna dair məlumat yayılıb.

Fransalı bir sürücü isə küçələrdə baş verən iğtişaşlar səbəbindən guya təlaşa düşərək avtomobilini Mərakeş yığmasının azarkeşlərindən ibarət izdihamının üzərinə sürüb. Qəzada ən çox zərər çəkən 14 yaşlı uşaq olub. O, xəstəxanaya çatdırılsa da, həkimlər yeniyetmənin həyatını xilas edə bilməyiblər. O, tibb ocağında dünyasını dəyişib. Qəzaya səbəb olan sürücü axtarışa verilib. Müstəntiqlər onun avtomobilini artıq tapıblar. İndi polis və şəhər prokurorluğu araşdırmaları davam etdirir. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununda Fransa yığması Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Bənzər xəbərlər