featured-image-18581

Portuqaliya millisinin mərkəz müdafiəçisi Pepe komandalarının dünya çempionatının 1\4 final mərhələsində Mərakeşə məğlubiyyətini (0:1) şərh edib.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu belə deyib:

“İkinci hissədə biz əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Futbol oynamaq istəyən yeganə komanda biz idik. Dünya çempionatını qazanmaq üçün keyfiyyətimiz var idi. Amma alınmadı”.

Təcrübəli futbolçu oyunu idarə edən argentinalı hakimlər briqadasını tənqid edib: “Mərc edə bilərəm ki, Argentina dünya çempionu olacaq. Hakimin bu gün etdiklərindən sonra. Bu oyunu 5 argentinalı hakim idarə edirdi! Başqa nə deyə bilərəm ki.. Baxarıq, görək, nə olacaq”.

 

Bənzər xəbərlər