“Gəlin, Mbappenin ruhunu yad edək”
Argentina millisinin qapıçısı Emiliano Martines dünya çempionatının final oyunundan sonra paltardəyişmə otağında Kilian Mbappeni “yada salıb”.
Msport.az RMC Sport-a istinadən xəbər verir ki, Argentina yığmasının futbolçuları qələbəni çılğın şəkildə qeyd ediblər. Onlar hamısı bir ağızdan bir dəqiqəlik sükut elan edildiyini bildiriblər. Daha sonra isə Martines “gəlin, Mbappenin ruhunu yad edək” deyib.
PSJ-nin hücumçusu dünənki görüşdə het-trik edib. O, dünya çempionatlarının finalında 3 qol vuran ikinci futbolçu olub.