featured-image-55522

“Gəncə” daha bir basketbolçunu heyətinə qatıb.

Klubdan Msport.az-a verilən məlumata görə, qərb təmsilçisi ABŞ-dan olan Corc Deven Petersonla anlaşıb. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

188 santimetr boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində “Hanoy Baffalos” klubunun şərəfini qoruyub.

Bənzər xəbərlər