featured-image-53839

“Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.

Klubdan Msport.az-a verilən məlumata görə, qərb təmsilçisi Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü ölkəsində “Daymond” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, “Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.

Bənzər xəbərlər