featured-image-41637

“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voleybolçu cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, “sarı-göylər” daha əvvəl digər rusiyalı voleybolçu – Anna Balberova ilə vidalaşıb.

Bənzər xəbərlər